Avstraliyalı müğənni İggi Azelianın Atlantada sevgilisi ilə birgə yaşadığı evinə oğrular girib.
Xeber24.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə zamanı müğənni evdə tək olub. Havanın yağışlı olduğunu və sevgilisi Pleyboi Kartinin girməsi üçün qapını açıq qoyduğunu deyən Azelia oğruların silahlı olduqlarını düşündüyü üçün otağından çıxmadığını bildirib. Evdən 366 min dollar dəyərində zinət əşyası aparılıb. Bunlar arasında müğənninin əl işi üzükləri, saatları, qolbaq vı sırğaları olub.
Polis üzləri təhlükəsizlik kameralarına düşən oğruların tapılması ilə bağlı araşdırmalara başlayıb.