6 sentyabr 2019 www.xeber24.az

Rusiyanın ən çox qazanan blogeri və “Orel i Reşka” verilişinin məşhur aparıcısı Anastasiya İvleyeva ailə həyatı qurub.

Bloger populyarlıqda özündən geri qalmayan müğənni Elcey ilə evlənib.

28 yaşlı “Instagram” ulduzu 25 yaşlı ərinin soyadını götürüb. Artıq o, Anastasiya Uzenyukdur.

Cütlük iyulun 4-də nigah şöbəsinə ərizə ilə müraciət edib.

Hazırda Aleksey və Anastasiya bal aylarını Siciliya adasında keçirərək, Aralıq dənizi sahillərində kiçik icarəyə götürülmüş yaxtada səyahət edirlər. Nastya şəxsi “Instagram” hesabında Elceyin səyahətdən olan fotosunu paylaşaraq, “Ərim” şərhini yazıb.