9 iyul 2019 www.xeber24.az

Kölndə Mərkəz məscidi boşaldıldı – BOMBA HƏYƏCANI

Xeber24.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərində yerləşən Mərkəz məscidinin poçt ünvanına gələn şübhəli məktub Təhlükəsizlik Qüvvələrini ayağa qaldırıb.

Məlumata görə, məktubda məscidin bombalı hücuma məruz qalacağı bildirilir.

Almaniya Təhlükəsizlik Qüvvələri dərhal məscidin yerləşdiyi əraziyə səfərbər olunub.

Qeyd olunur ki, hazırda polislər məscidi mühasirəyə alıb, giriş-çıxışı bağlayıblar.

Xəyal Abdullayev