“Mənim Ulu Öndərim” adlı inşa yarışması keçirilib

0
955

Bakı Avrasiya Universitetində Nərimanov rayonu ərazisində yerləşən orta ixtisas təhsil müəssisələri şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim Ulu Öndərim” adlı inşa yarışması keçirilib.

Xeber24.az xəbər verir ki, tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, universitetin Tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor Nigar Hüseynova qonaqları və məktəbliləri salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra çıxış üçün söz Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova verillib. Ona Bakı Avrasiya Universiteti adından şagirdlərə göstərilən diqqətə görə “Tələbələrin dostu” mükafatı təqdim olunub.

Tədbirin sonunda birinci, ikinci və üçüncü yerlərin qaliblərinin adları açıqlanıb. 1-ci yerin qalibi 178 saylı məktəbin şagirdi Nəvai Babazadə, 2-ci yerin qalibi 45 saylı məktəbin şagirdi Türkan Nəcəfova və 3-cü yerin qalibi isə 304 saylı məktəbin şagirdi Ələsgər Ələsgərov müəyyən edilib. Qaliblərə medallar və hədiyyələr təqdim olunub. Xüsusi hədiyyələri isə Günhan Hüseynli, Nəcəf Novruzov və Nigar Hüseynova təqdim edib.