15 Noyabr 2019 www.xeber24.az

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərində yerləşən “Saugus High School” məktəbində baş vermiş atışma nəticəsində 2 şagird ölüb, 5 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerifi Aleks Villanueva bildirib.

Onun sözlərinə görə, polis işçiləri hadisə yerinə iki dəqiqəyə çatıblar.

Ölən şagirdlər 14 yaşlı oğlan və 16 yaşlı qızdır. Yaralanan şagirdlərə təcili tibbi yardım göstərilib.

Şübhəli şəxsi bir neçə dəqiqə axtardıqdan sonra məlum olub ki, o, yaralanan şagirdlərdən biridir. İddia edilir ki, o, iki şagirdi qətlə yetirəndən sonra özünə sui-qəsd etmək istəyib.

Qeyd edilir ki, atəş açan azyaşlı cinayətkar həmin gün ad gününü qeyd edirmiş.

Loading...