28 iyun 2019 www.xeber24.az

Dövlət İmtahan Mərkəzi  tərəfindən 2018/2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrində buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi prosesinə başlanılıb.

Mərkəzin məlumatında bildirilir ki, ümumtəhsil müəssisələri “Şagird-məzun” dövlət elektron məlumat sisteminə buraxılış sinif şagirdlərinin illik qiymətlərini vaxtında, tam və düzgün daxil edib təsdiqləməlidirlər.

Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə əsasən, ümumi təhsil və peşə təhsili müəssisələrinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

Fariz Eyvazlı