7 sentyabr 2019 www.xeber24.az

Meksikada baş vermiş qəza zamanı əsas yolda yüksək sürətlə hərəkət edən yolsuzluq avtomobili ilə “Lamborghini” markalı superkar toqquşub.

Hadisə nəticəsində “Lamborghini” iki yerə bölünüb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Meksikanın Toluka şəhəri ilə Atlakomulko bölgəsini birləşdirən şosedə baş verib. Köməkçi yoldan əsas yola çıxmaq istəyən “Lamborghini” yolsuzluq avtomobili ilə toqquşub.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə “Lamborghini”nin iki yerə bölündüyü görünüb.

Yerli mətbuat qəzada 5 nəfərin xəsarət aldığını yazıb.