10 avqust 2019 www.xeber24.az

Lənkəranda “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirib.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən bir sıra qurumların iştirak etdiyi aksiyada hektarlarla ərazi tullantılardan təmizlənib.

Təmizlik aksiyasının məqsədi Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə minib. Hər il 12 avqust Xəzəryanı ölkələrdə “Xəzər günü” kimi qeyd olunur.

Fariz Eyvazlı