14 İyun 2019 www.xeber24.az

Dünya şöhrətli aktyor Kiano Rivz çəkdirdiyi əksər fotolarda qəribə hərəkəti ilə gündəmə gəlib.

Sosial şəbəkə izləyiciləri məşhur aktyorun xanım həmkarları və pərəştişkarları ilə çəkdirdiyi fotolarda qəribə nüans aşkara çıxarıblar.

Belə ki, aktyor bütün şəkillərdə əlini qadınların belindən uzaq tutaraq məsafə saxlayır.

Aktyorun diqqətli fanatları bunu dərhal araşdırmalara başlayıblar. Onların ehtimallarına əsasən, K.Rivz bunu zərif cinsin nümayəndələrinə dərin hörmətindən edir.

Eyni zamanda, bəzi istifadəçilər bu fotolarda aktyorun sadəcə özünü qalmaqallardan qorumaq məqsədilə belə davrandığını iddia edirlər.

Fariz Eyvazlı