2 avqust 2019 www.xeber24.az

Dünya şöhrətli müğənni Keti Perrinin 2013-cü ildə buraxdığı “Dark horse” hitinin plagiat olduğu məlum olub.

“Apnews” xəbər verir ki, “Dark horse” beş il öncə Markus Qreyin (Flame) işıq üzü görən “Joyful Noise” mahnısının plagiatıdır.

Qalmaqallı olayı araşdıran məhkəmə Ketini günahkar sayıb, repçiyə isə bəraət qazandırıb.

Perri və onun komandası heç vaxt “Joyful Noise” mahnısını eşitmədiklərini iddia ediblər. Lakin Qrey yazdığı mahnının “Grammy” namizədlərinin mini kolleksiyasına daxil edilməsi səbəbindən Ketinin bu bəstəni eşitməməsini absurd sayıb.

Növbəti məhkəmə iclası ötən gün baş tutub. Çıxarılan hökmə əsasən, K.Perri ifa etdiyi “Dark Horse” mahnısının “Joyful Noise”dan oğurlanmış 16 saniyəlik motivi üçün qarşı tərəfə üç milyon dollar pul ödəməlidir.

Məhkəmə prosesində Qrey və mahnının iki həmmüəllifi qarşı tərəfdən 20 milyon dollar təzminat tələb edib. Təzminat məbləğinin rekord dərəcədə artmasına səbəb kimi, Ketti və onun komandasının “Dark Horse” hitinə görə 41 milyon dollar pul qazanması faktı göstərilib. Perrinin vəkilləri isə təzminatın 350 min dollar olmasını təklif ediblər.

“Associated Press”in məlumatına görə, cərimənin çox hissəsi “Capitol Records” musiqi şirkətinə düşür. K.Perri məbləğin təxminən 550 min dollarını ödəməli olacaq.

Fariz Eyvazlı

Loading...