15 May 2019 www.xeber24.az

“Keşlə” komandası kapitanı Slavik Alxasovla müqavilənin müddətini uzadıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 1+1 şərti ilə imzalanıb.

Qeyd edək ki, “Keşlə”nin kapitanı Kamran Ağayev zədəli olduğu müddətdə “sarğı”nı Slavik Alxasov daşıyıb. O, 2016-cı ildən paytaxt təmsilçisinin şərəfini qoruyur.

Nurlan Cəfərzadə