22 Oktyabr 2019 www.xeber24.az

Rusiyada bir nəfərin ölümündə, bir nəfəri isə yaralamaqda ittiham edilən Azərbaycan vətəndaşı ələ keçib.

Xeber24.az Oxu.az-a istinadla xəbər verir ki, 36 yaşlı azərbaycanlı Sankt-Peterburq şəhərində saxlanılıb.

Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Azərbaycanlı mətbəx bıçağı ilə mübahisə zəminində əvvəlcə keçmiş sevgilisini, daha sonra isə onun rəfiqəsini bıçaqlayıb.

Qadınlardan biri hadisə yerində keçinib, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib.