8 iyul 2019 www.xeber24.az

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Sports.ru” xəbər verir ki, 11 turdan sonra 8 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen turnirin qalibi olub.

Son turda M.Karlsen fransalı şahmatçı Maksim Vaşye-Laqravı məğlub edib.

Şahmat ekspertlərinin rəyinə görə, dünya çempionu bu turnirdə ən gözəl oyununu nümayiş etdirib və onun bir neçə partiyası şahmat tarixinə düşəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov isə son turda Din Li Jenlə (Çin) yarım xalı bölüşdürüb. Nəticədə şahmatçımız turnirdə 9-cu yeri tutub.

12 super qrossmeysterin iştirakı ilə keçirilən turnirin sonrakı mərhələləri – iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlküttə şəhərlərində baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

Fariz Eyvazlı