6 iyul 2019 www.xeber24.az

Kaliforniyanın cənubunda 7,1 maqnitudalı zəlzələ baş verib.

RİA Novosti” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin (EMSC) məlumatında deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:19-da qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesdən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Bir sıra binalar zərər görüb. Bəzi evlərin təməlində çatlar əmələ gəlib, dayaq divarları dağılıb. Bir nəfər yüngül yaralanıb.

Qeyd edək ki, bu, son üç gündə sözügedən regionda sayca üçüncü zəlzələdir. İyulun 4-də burada 6,6 maqnitudalı zəlzələ baş vermişdi.

Fariz Eyvazlı