17 iyul 2019 www.xeber24.az

Futbol üzrə Braziliya yığmasının heyətində iki dəfə dünya çempionu olmuş Kafunun milyonlarla dollar borcu yaranıb.

Lenta.ru xəbər verir ki, futbolçunun 2004-cü ildən sahib olduğu “Capi Penta International Football Player” agentliyi ciddi maliyyə itkilərinə məruz qalır.

Kafu borclarını ödəmək üçün mülkiyyətinin bir hissəsini satmalı olub. O bildirib ki, maliyyə çətinliklərindən xilas olmaq üçün əmlakını satmağa hazırdır:

“Bu, mənim şəxsi problemimdir. Mən öz mülkiyyətimdən, maşınımdan, evimdən imtina edə bilərəm. Borclarımı bağlamaq istəyirəm”.

Fariz Eyvazlı