15 İyun 2019 www.xeber24.az

ABŞ prezidentinin müşaviri və qızı İvanka Tramp ötən il atasına mənsub “Trump International” hotelindəki payından dörd milyona yaxın gəlir əldə edib.

Axios”-un verdiyi məlumata görə, İvankanın özünün brend geyimlər xətti, zinət əşyaları və digər məhsullarının mənsub olduğu trastdan gəliri 2017-ci illə müqayisədə 5 milyon dollardan 1 milyon dollara qədər azalıb.

İvanka və əri Cared Kuşnerin məcmu gəlirinin isə 2018-ci ildə ən azı 28 milyon təşkil etdiyi bildirilir.

Fariz Eyvazlı