13 iyul 2019 www.xeber24.az

Lənkəranda itkin düşən 18 yaşlı oğlan tapılıb.

Rayonun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Axundlu “Sədərək” Ticarət mərkəzində tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı