10 Aprel 2019 www.xeber24.az

İsrailin baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetdə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama verib.

O bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

Eyni zamanda “Kahol-Lavan” mərkəzçi blokunun lideri, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans İsraildə Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.

Parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsasən, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb.

Fariz Eyvazlı