31 iyul 2019 www.xeber24.az

İsraildə təzə doğulmuş uşaqlara verilən ən populyar ad Məhəmməd olub.

TASS xəbər verir ki, bu İsrailin Mərkəzi statistika bürosunun hesabatında öz əksini tapıb.

2018-ci ildə Məhəmməd adı 2646 uşağa verilib. Ikinci ən yayılmış ad David olub – 1500 uşaq, Ariel adı isə 1300 körpəyə verilib.

Qız adları içində Tamar adına daha çox üstünlük verilir. Bu ad ikinci il ard-arda liderliyi saxlayır.

Fariz Eyvazlı