An Israeli flag is seen in the background as a man casts his ballot for the parliamentary election at a polling in the West Bank Jewish settlement of Ofra, north of Ramallah January 22, 2013. Israelis voted on Tuesday in an election that is expected to see Prime Minister Benjamin Netanyahu win a third term in office, pushing the Jewish state further to the right, away from peace with the Palestinians and towards a showdown with Iran. REUTERS/Baz Ratner (WEST BANK - Tags: POLITICS ELECTIONS TPX IMAGES OF THE DAY)

12 Aprel 2019 www.xeber24.az

Gecə saatlarında İsrail Mərkəzi Seçki Komissiya Knessetin 21-ci çağırışı üçün keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

İsrail MSK-nın saytında yer alan məlumata görə, nəticələrə əsasən, birinci yeri hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası tutub və onlar parlamentdə 36 mandata sahib olacaq.

İkinci yeri 35 mandatla “Kaxol-Lavan”, üçüncü yeri isə səkkiz mandatla ŞAS tutub.

Nəticələrə görə, “Yəhudi tövratı” yeddi mandat, XADAŞ-TAAL altı mandat, “Avoda” altı mandat, NDİ beş mandat, “Sağ partiyalar ittifaqı” beş mandat, MERETS beş mandat, “Kulanu” dörd mandat və RAAM-BALAD dörd mandatla parlamentdə təmsil ediləcək.

“Yeni sağlar” (3,22%), “Zeut” (2,73%) və “Qeşer” (1,73%) partiyaları isə 3,25 faizlik baryeri keçə bilməyiblər.

Fariz Eyvazlı