15 May 2019 www.xeber24.az

Rəsmi Tehran İran-ABŞ münasibətlərinin gərginləşməsi fonunda Hərtərəfli Birgə Fəaliyyət Planındakı bəzi öhdəlikləri dayandırılıb.

Belə ki, ilk 60 gündə İranın 1-ci addımı hesab olunan əlavə zənginləşdirilmiş uran və ağır suyun satışı ilə bağlı öhdəliklər yerinə yetirilməyəcək.

Bəs Tehran ABŞ-la İran arasında yarana biləcək müharibə risklərini nəzərə alıb nüvə silahı istehsal edə bilərmi?

Politoloq Qabil Hüseynli deyib ki, qısa müddətdə İranın kütləvi qırğın silahı hazırlamağa imkanı yoxdur.

“Üstəlik də nəzərə almaq lazımdır ki , İran hələ uranın saflaşdırılması üzərində işini də başa çatdırmayıb. Atom silahının hazırlanması üçün bir saflaşdırılmış Uranium Oksid 2 deyilən bir maddə və birdə ağır su deyilən H2O3 lazımdır. Zənnimcə İran H2O3–ü Çindən və ya Rusiyadan ola bilsin ki, ala bilər”.

Ekspert bildirib ki, uranın saflaşdırılması çox çətin bir prosesdir.

“Bir atom bombasının, nüvə silahının hazırlanması üçün ən azı bir neçə kiloqram saflaşdırılmış uran lazımdır. İranın bu qədər saflaşdırılmış uranı da yoxdur”-deyə Q.Hüseynli söyləyib.

Qeyd edib ki, İran qısa müddətə həmin saflaşdırılmış uranı hazırlaya bilməz.

“Bu nöqteyi-nəzərdən yaxın vaxtlarda İranın nüvə silahına nail ola biləcəyini söyləmək mümkünsüzdür”.

Fariz Eyvazlı