İranın şimal-qərbində güclü zəlzələ baş verib.

“Xeber24.Az” xəbər verir ki, təbii fəlakət 5.9 bal gücündə olub.

Zəlzələ Bakı vaxtı ilə 02:47-də Təbrizdən 156 kilometr aralıqda qeydə alınıb.

Məlumatlara görə, zəlzələ nəticəsində 5 nəfər ölüb, 120 nəfər yaralanıb.

Şərqi Azərbaycan böhran mərkəzinin rəhbəri Mohammad Baker Xonar bildirib ki, zəlzələ bölgəsinə səkkiz xilasetmə briqadası göndərilib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki,  zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.