8 iyul 2019 www.xeber24.az

İranın qərbində 5,7 bal gücündə zəlzələ baş verib.

Sputnik”in məlumatına görə, yerli vaxtla səhər saat 07:00-da baş vermiş zəlzələnin episentri Əhvaz şəhərindən 87 kilometr cənub-şərqdə olub.

Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilmir.

Fariz Eyvazlı