31 iyul 2019 www.xeber24.az

İran milli valyuta olan rialdan 4 sıfırı ataraq tümənə keçir.

Məlumata əsasən, İran hökuməti Mərkəzi Bankın bu təklifini qəbul edib.

Layihəyə əsasən, rialdan 4 sıfır silinəcək, beləliklə, hazırkı 10 min rial bir tümən olacaq. Bir tümən isə yeni tədavülə buraxılacaq 100 riallıq əsginaslara uyğun olacaq.

Bu barədə Mərkəzi Bankın rəsmi məlumat yayacağı gözlənilir.

Fariz Eyvazlı