06 İyun 2019 www.xeber24.az

29 May 2019-cu il “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi”, “Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi” və “Azərkitab”ın təşkilatçılığı ilə “Azərkitab” kitab evində Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə” Beynəlxalq “Sokrat” mükafat laureatı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, həmin akademiyanın Beynəlxalq “Qızıl ulduz” mükafatı laureatı, Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən “Dünya elminə və Təhsilinə göstərdiyi xidmətlərə görə” “Elm və sülh səfiri” Beynəlxalq titulu mükafatı laureatı və “Dünya Elminə göstərdiyi xidmətlərinə görə” “Avropa Xidmət Ordeni” ilə təltif edilən İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu xanım Bağırova açıq elan edib və bildirib ki, bu gün ki, tədbir tanınmış elm və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor İradə Hüseynovanın yaradıcılığına həsr edilmişdir. O, vurğulayıb ki, İradə Hüseynova Əliyevşünas və qafqazşünas alim kimi 300-ə yaxın elmi əsərin müəllifidir. Eyni zamanda Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının, tədris proqramlarının, Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin və son ildə işıq üzü görən, 1248 səhifədən ibarət fundamental dərslik – monoqrafiyanın və digər tədqiqatların müəllifidir: “Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib ki, hər bir insan biliklə, elmlə ucalır. Yüksək humanist ideallara xidmət edən, həyatını cəmiyyət və insanlar üçün gərəkli fəaliyyətlərə yönəldən səxs, demək ki, mənalı həyat yasamış və ömrünü əbəs yerə sərf etməmişdir. Belə dəyərli insanlardan biri tanınmış elm, ictimai və dövlət xadimi, professor İradə Hüseynovadır.
Millət vəkili, siyasi elmlər doktoru Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi çox vacibdir və əlamətdardır. Xüsusi ilə kitablara marağı, diqqəti artırmaq üçün professor İradə xanım Hüseynova kimi tanınmış alimlərin, ziyalıların yaradıcılığına müraciət etmək, onlarla görüş keçirmək böyük əhəmiyyət kəsb edir. Qənirə xanım Paşayeva dəyərli ziyalımız, dövlətçiyimizə, elmimizə sədaqətlə xidmət edən İradə xanım Hüseynovaya gələcək yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edib.
Sonda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu xanım Bağırova professor İradə xanım Hüseynova Xəbər24-ə müsahibələrində tədbirlə bağlı fikirlərini bölüşüblər.
Fariz Eyvazlı