03 May 2019 www.xeber24.az

KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətli ilə bağlı mühakimə olunmuş Vyetnam vətəndaşı Zoan Txi Xıon azadlığa çıxıb.

Bu haqda “Reuters” məlumat yayıb.

Müttəhimin vəkilinin sözlərinə görə, qadın mayın 3-də səhər saatlarında həbsxanadan buraxılıb. Onun hansı əsasla sərbəst buraxıldığı bildirilmir.

Aprel ayında Malayziya məhkəməsi Zoanla bağlı hökm çıxararaq, onu üç il, dörd ay müddətinə azadlıqdan məhrum etmişdi. Son məhkəmə iclaslarının birində əvvəlki qəsdən adamöldürmə ittihamı təhlükəli maddə ilə sağlamlığa zərər vurma ilə əvəzlənmişdi. Qadın təqsirini boynuna alıb.

Qeyd edək ki, qəsdən adamöldürmə maddəsi ilə mühakimə olunsaydı, ona ən pis halda ölüm cəzası veriləcəkdi.

Fariz Eyvazlı