24 avqust 2019 www.xeber24.az

İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni Amerika valyutasının dünya iqtisadiyyatına zəiflədici təsir göstərdiyini bildirib.

Bu barədə “The Guardian” yazır.

Onun sözlərinə görə, dollar “qlobal rəqəmsal alternativ” ilə əvəz edilə bilər.

“Onun hökmranlığı həddindən artıq aşağı faiz dərəcələrinin likvidlik tələsi riskini artırıb”, – deyə Karni qeyd edib.

Mərkəzi Bankın rəhbəri alternativ olaraq, Çin yuanı və ya “Facebook”un kriptovalyutası olan libranı təklif edib.

Fariz Eyvazlı