11 İyun 2019 www.xeber24.az

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

“UTC” vaxtı ilə saat 16:59-da qeydə alınan yeraltı təkanların episentri Tual şəhərindən 141 kilometr cənub-qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Fariz Eyvazlı