İmpala Textile xidmətinizdə!

0
2190

02 Aprel 2019 www.xeber24.az

“Tərzini özün yarat” devizi altında yeni fəaliyyətə başlayan Impala Textile şirkəti yaranmış olduğu bir ay kimi qısa müddətə baxmayaraq artıq bir sıra uğurlara imza atmağa nail olmuşdur. Belə ki, keçən ay Xorvatiyada Boccia idman növü üzrə keçirilmiş açıq regional çempionatda milli yığmamızın geyimləri Impala Textile şirkəti tərəfindən hazırlanmış və komandamız turnirdə bu forma altında çıxış etmişdir. Şirkət həmçinin hər cür istəyə və hər növ sifarişə uyğun olaraq müştərilərini sevindirməyi bacarmışdır. Firmanın xidmət göstərdiyi sahələrə məktəbli, bağça, uşaq, körpə, habelə, hər yaşa uyğun pijama, idman geyimləri, müxtəlif peşə sahibləri (həkimlər, otel işçiləri və s.) üçün xüsusi olaraq hazırlanmış geyimlər, donlar, polo futbolkalar, hoodie (papaqlı isti üst geyimləri) və bu kimi saymaqla tükənməyən tikiş xidmətləri daxildir. Qeyd edək ki, Impala Textile şirkəti istənilən modelə uyğun xüsusi sifarişlər də qəbul edir. Bundan əlavə, müxtəlif müəssisə və şirkətlər üçün xüsusi olaraq hazırlanan geyimlərlə yanaşı, şirkətin bir sıra promo sahələri də mövcuddur. Bu promo xidmət sahələrinə yastıq üzərinə müştərinin zövqünə uyğun istənilən şəklin çapı, eko – çantaların, fincan, telefon üçün keyslərin, puzzle`ların hazırlanması daxildir.

 

Əlaqə nömrələri :

(+994 12) 498 03 34

(+994 55) 252 14 55

 

E- mail : info@impala.az

textileimpala@gmail.com

Web : www.impala.az

Fariz Eyvazlı