2 avqust 2019 www.xeber24.az

Qvineyada 6 uşağı ildırım vurub öldürüb, iki nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Sigiri prefekturasında baş verib.

Şahidlərin sözlərinə görə, bir qrup uşaq manqo ağacının altında yığışıb, çay dəmləyirdilər. Bu zaman onları ildırım vurub.

Qonşular hadisə yerinə uşaqların köməyinə gələndə artıq onlardan 6-sı dünyasını dəyişmişdir. Digər 2 uşaq xəstəxanaya çatdırılıb.

Fariz Eyvazlı