20 İyun 2019 www.xeber24.az

Yəmənin şimalını nəzarətdə saxlayan husilər Səudiyyə Ərəbistanında elektrik stansiyasına raket zərbəsi endiriblər.

“RİA Novosti” xəbər verir ki, zərbə Səudiyyə Ərəbistanının Cizan vilayətində yerləşən stansiyaya endirilib.
Yəməndə döyüşlərdə iştirak edən Səudiyyə Ərəbistanı və Ərəb koalisiyası bu məlumatı hələ şərh etməyib.
Fariz Eyvazlı