14 avqust 2019 www.xeber24.az

Honkonq hava limanında polis və nümayişçilər arasında baş verən toqquşmalarda bir neçə insan xəsarət alıb.

“Reuters” xəbər verir ki, hava limanında bütün reyslərə reqistrasiya dayandırılıb.

Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Honkonq hava limanında üç günlük etiraz aksiyası avqustun 9-da başlayıb. Lakin polislərin aksiyanı dağıtdığı zaman qadınlardan birinin gözünü vurub çıxarması etirazçıları aeroporta qayıtmağa vadar edib.

Onlar Bibliya sayağı “Göz əvəzinə göz” şüarını səsləndirirlər və onu hava limanının divarlarında yazırlar.

Fariz Eyvazlı