18 Aprel 2019 www.xeber24.az

Hindistan qasırğa və daşqınlar nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb.

Xeber24.az Trend.az-a istinadən xəbər verir ki, ən çox itki Madhya-Pradeş və Racasthan ştatlarında qeydə alınıb.

Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.

Ən çox ölüm halları isə ağacların aşması, ildırım vurması və elektrik cərəyanı vurması nəticəsində qeydə alınıb.

Ölkənin baş naziri Narendra Modi təbii fəlakətdən zərər çəkənlərə 50 min rupi (720 dollar) maliyyə yardımı ediləcəyini bildirib.