14 İyun 2019 www.xeber24.az

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı özünün kosmik stansiyasını yaratmaq istədikləri barədə açıqlama verib.

Stansiyanın 2030-cu ilə qədər qurulması planlaşdırılır.

Məlumata əsasən, Hindistan 20 tonluq stansiya yaradacaq. Kosmonavtlar 15-20 gün qala biləcək.

Eyni zamanda planın reallaşdırılması üçün heç bir ölkədən yardım istənilməyəcək.

Hazırda Yerin orbitində ABŞ, Rusiya, Çin və bir sıra digər ölkələr stansiyaya malikdir.

Fariz Eyvazlı