Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv olunması gözlənilir.

Xeber24.az etibarlı mənbəyə istinadla xəbər verir ki, aparılan uğurlu struktur islahatları nəticəsində komitə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdiriləcək.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində komitəyə 4,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Yeri gəlmişkən, dünən saytımızda həmin komitənin iş fəaliyyəti ilə bağlıXoşqədəm Hidayətqızının verilişində tənqidi fikirlər səsləndirilib.