Türkiyəli musiqiçi Haluk Levent Azərbaycan vətəndaşı ilə bağlı paylaşım edib.

Xeber24.com xəbər verir ki, müğənni xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovanın Türkiyə vətəndaşı olmadığı üçün əməliyyata girə bilmədiyini vurğulayıb. O, Azərbaycanlı dövlət adamlarına səslənərək Bakıda konsertinin keçirilməsi üçün şərait yaradılmasını istəyib:

“Bakıda xeyli sayda dinləyicim var. Konsertimi təşkil edin, ərsəyə gələn maddi məbləğlə Suraya kömək edək”.

Qeyd edək ki, Haluk Levent dünyaca məşhur türk müğənnisidir və bir neçə il əvvəl Bakıda onun konserti təşkil edilib.