Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri APA TV-nin “Sosium” verilişində uşaqpulundan danışıb.

Xeber24.az-ın oxu.az-a istinadla xəbərinə görə, H.Rəcəbli deyib ki, Çində sosializmin yeni modeli hazırlanır.

Deputat bildirib ki, Çində uşaqpulu məfhumu yoxdur.

“Çində, əksinə, çox uşaq olanda, ikinci uşaq olanda ondan vergi tutulur”, – deyə H.Rəcəbli əlavə edib.

Deputat onu da xatırladıb ki, Azərbaycan bazar iqtisadiyyatına keçib. Komitə sədri bildirib ki, doğuma görə analara verilən birdəfəlik müavinətin 300 manata çatdırılmasını təklif edib.

“Mən təklif edirəm ki, çoxuşaqlı ailə beş uşağı olan ailələr hesab olunsun”