21 May 2019 www.xeber24.az

HƏMAS hərəkatının mətbuat katibi Fəvzi Bərhum rəsmi Tvitter hesabından etdiyi paylaşımda “İsrail mediyasında yer alan Həmasla 6 aylıq atəşkəs imzalanması istiqamətində paylaşılan xəbərlər həqiqətə uyğun deyil.” ifadəsini qeyd edib.

Həmçinin, Bərhum açıqlamasında onu da qeyd edib ki, atəşkəs yalnız İsrailin bütün anlaşmaları qəbul edəcəyi təqdirdə gözləniləndir.

Bir müddət öncə İsrailin “Kanal 12” televiziyası BMT-nin və Misirin dəstəyi ilə Həmasla İsrail arasında 6 aylıq atəşkəsin imzalandığı xəbərini vermişdi.

Qeyd edək ki, 4-5 mayda İsrailin Qəzza şəhərinə etdiyi hücumda aralarında ikisi hamilə olmaqla 3 qadın və 2 körpənin də yer aldığı 25 Fələstin vətəndaşı şəhid olmuş, 150 nəfər isə yaralanmışdı.

Fariz Eyvazlı