Gürcüstan və Azərbaycan QHT-ləri arasında tərəfdaşlıq memorandumu imzalandı

0

  31 dekabr 2019-cu il tarixində Gürcüstanın Tiflis şəhərində Azərbaycan “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Gürcüstan “Qan Donorları Assosiasiyası” İctimai Birliyi arasında regional əməkdaşlıq memorandumu imzalanmışdır.

Birliyin mətbuat katibliyindən verilən məlumata görə təşəbbüs 21-25 avqust 2019-cu il tarixində Bakıda keçirilən və qan donorluğunu əhatə edən XIX Beynəlxalq Gənclər Forumunda irəli sürülmüşdür.

Təşkilatlar arasında tərəfdaşlıq memorandumunu Gürcüstan, eyni zamanda Azərbaycan Qan Donorları Assosiasiyalarının sədrləri  Murad Muradov və Fuad Əsgərov imzalayaraq iki qonşu ölkə arasında əməkdaşlıq, eyni zamanda təcrübə mübadiləsinin vacibliyini önə çəkiblər.

Qeyd edək ki, Azərbaycan “Qan Donorları Assosiasiyası” İctimai Birliyi hazırda uşaq ölümünə qarşı mübarizə aparan və könüllü təmənnasız qan donorluğunu təbliq edən ən fəal regional təşkilatlardan biridir. Birlik fəaliyyəti dövründə 7 dəfə Beynəlxalq Gənclər Forumunda Azərbaycanı təmsil edib və bir çox beynəlxalq mükafatların sahibidir.

Hər iki təşkilat sədrlərinin təşəbbüsü ilə region ölkələrinin qan donorluğu sahəsində olan fəaliyyətini genişləndirmək məqsədilə və Qan Donorları Cəmiyyətlərinin Beynəlxalq Fedarasiyası ilə yaxından əməkdaşlıq üçün Xəzəryanı ölkələr və Qafqazı əhatə edəcək Qan Donorları Cəmiyyətlərinin  Regional Federasiyasının təsis olunması qərara alınmışdır.

Loading...