03 Aprel 2019 www.xeber24.az

Google şirkəti bir müddət əvvəl yetərincə  gəlir qazandırmayan Google+ və Inbox by Gmail xidmətlərini bağlayacağını bildirmişdi. O gün gəldi və Google illərdir xidmətdə olan bu əlavələrində yer alan hesabları silməyə başladı…

Bu gün etibarilə bağlanma prosesi başlayır!

Google, Google+ adlı sosial şəbəkə platformasındakı bütün şəxsi hesabları bağlama və silmə prosesinə rəsmi olaraq başladı və şirkət bununla da Facebook və Twitter ilə rəqabətini başa vurmuş oldu. Şirkətin bir işçisi Verge adlı veb saytına açıqlamasında “Bu səhər etibarilə bağlanma prosesi başlayır.” deyə bildirmişdir.

Google+ aşağı istifadəçi sayı, şirkətə yetərincə gəlir qazandırmama və veb saytın şirkət üçün yaşanacaq təhlükəsizlik açığı ola biləcəyi səbəbləri ilə bağlanılır. Bundan əlavə, şirkət səbəb kimi milyonlarca istifadəçiyə aid şəxsi məlumatların təhlükəsizliyini təmin etmək istədiklərini qeyd edib. Bildirək ki, sosial şəbəkənin veb saytı daha öncədən dəfələrcə xakker hücumlarına məruz qalmış və istifadəçilərin şəxsi məlumatları müxtəlif məqsədlər üçün ələ keçirilmişdir. Google platformanın mövcud vəziyyətini və yüksək sayda istifadəçiyə xitab edə bilməməsi barəsindəki uğursuzluqlarını da qəbul etdiyini bildirmişdir. Şirkətin işçisi Ben Smit noyabr ayında etdiyi çıxışda “Mühəndis heyətimiz illər ərzində Google+ u təkmilləşdirmək üçün böyük güc sərf etdi, amma buna baxmayaraq istifadəçi sayında tutarlı nəticə əldə edə bilmədik. Xidmətimiz sadəcə müəyyən kütlə tərəfindən istifadə edildi.” deyə bildirmişdi.

Fariz Eyvazlı