Gənc model evdə çılpaq halda ölü tapıldı – Foto

0
34

29 iyul 2019 www.xeber24.az

Rusiyalı 24 yaşlı Yekaterina K. Moskovadakı evində çılpaq halda ölü tapılıb.

Xeber24.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda Instagram fenomeni və dermatoloq olan Yekaterina boğazından bıçaqlanaraq öldürülmüş halda aşkarlanıb.

Valideyinlərinin zənglərinə cavab verməyincə evə gələn polislər cəsədi bir çamadanın içində çılpaq vəziyyətdə tapıblar.

Boğazından əlavə gənc doktorun bədəninin müxtəlif nahiyyələrində xeyli sayda bıçaq yaraları aşkar edilib.

Araşdırmaya başlayan polis, qətlin qısqanclıq zəmində qeydə alındığını ehtimal edir.

Rusiya Beynəlxalq Tibb Universitetinin məzunu olan Yekaterinanın, son zamanlar 52 yaşlı bir kişi ilə münasibətdə olduğu və tətilə getməyi planlaşdırdıqları bildirilir.

Qeyd edək ki, Yekaterina Moskovada təşkil edilən bir gözəllik yarışında da iştirak edib.