Xorvatiyanın həvəskar liqasında çıxış edən “NK Yelenqrad”ın futbolçusu İvan Qazdek aldığı qırmızı vərəqə ilə diqqət mərkəzinə düşüb.

Xeber24.az “24Sat”a istinadla xəbər verir ki, 23 yaşlı oyunçu matç zamanı meydanda olan toyuqları qovub. Bu vaxt Qazdek onlardan birini vuraraq öldürüb və toyuğu meydandan kənara atıb. Xorvatiyalı futbolçunun bu hərəkətlərindən sonra hakim ona qırmızı vərəqə göstərib.

Qazdek oyundan sonra toyuğu bilərəkdən öldürmədiyini, hətta sahibinə məktub yazaraq yeni bir toyuq göndərərək ondan üzr istədiyini bildirib.