04 Aprel 2019 www.xeber24.az

“Facebook” sosial şəbəkəsində yeni funskiya istifadəyə veriləcək…

Xeber24.az Yenicag.az-a istinadən xəbər verir ki, sosial şəbəkə 2014-cü ildə başlatdığı “sən niyə bu reklamı görürsən” tətbiqindən sonra “sən niyə bu paylaşımı görürsən” (Why you’re seeing this post) xidmətini tətbiq edəcək.

Yeni xidmət vasitəsi ilə istifadəçilər xəbər panelində yenilənən paylaşımlar barədə daha ətraflı məlumat əldə edəcəklər. Paylaşımın üzərində açılan menyuda xəbərin mahiyyəti barədə bilgi toplamaq mümkün olacaq.

Xidmət mayın 2-dən tətbiq ediləcək.

Fariz Eyvazlı