17 May 2019 www.xeber24.az

Sosial şəbəkənin ABŞ seqmentində Cənubi Kaliforniya ştatında qəzaya uğramış “F-16” qırıcısının həvəskar görüntüsü yayılıb.

Bu barədə “ABC7” telekanalı məlumat verir.

İnsident yaxınlıqdan keçən avtomobillərdən birinin videoregistratoruna düşüb. Kadrlarda təyyarənin ABŞ hərbi hava qüvvələrinə aid bazanın anbarına çırpıldığını görmək olur.

Pilot vaxtında katapult etdiyindən xilas olub. Qırıcının hidravlik sistemində problemlərin yarandığı bildirilir.

ABŞ Hərbi Hava Qüvvələrinin F-16 təyyarəsi Kaliforniyanın Riversayd dairəsində qəzaya uğrayaraq ambarın üstünə düşüb.

Reuters xəbər verir ki, pilot katapult mexanizmi vasitəsi ilə təyyarəni tərk edib.

Hərbi təyyarə təlim uçuşundan HHQ-nin Rezerv bazasına qayıdarkən idarəetməni itirib.

Hərbi baza Los-Anjeles şəhərinin 100 km şərqində yerləşir.

Nurlan Cəfərzadə