23 May 2019 www.xeber24.az

30 May 2019-cu il Nizami Kino Mərkəzində Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin “Fərqinə Var!” adlı yeni sosial layihəsinin təqdimatı keçiriləcək.

«Fərqinə Var!» sosial layihəsinin əsas məqsədi yanlış mühakiməyə məruz qalan daun sindromlu və fiziki məhdudiyyəti olan uşaq və gənclərlə cəmiyyət arasında mövcud olan maneələri aradan qaldırmağa dəstək olmaqdan ibarətdir.

«Fərqinə Var!» sosial layihəsinə məşhurların, eləcə də, Azərbaycanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinin reaksiyaları olduqca müsbət yöndədir. Belə ki, «Fərqinə Var!» sosial layihəsini dəstəkləyən adlar arasında müğənni və aktrisa Elnarə xanım Xəlilova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira xanım Süleymanova, UNICEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, “ASAN Könüllüləri” Təşkilatının idarə heyəti üzvü Rəbiyyə Ramiz qızı Cəfərova, jurnalist, müğənni, bəstəkar və prodüser Murad Arif yer alır.

 

 

Tədbirin aparıcısı Space Radio 104 FM-də “Mehribanlıqla” verilişinin aparıcısı olmuş və hal-hazırda “Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi”ndə Media Rəhbəri və PR Meneceri vəzifəsini icra edən Fidan xanım Oruc Əliyeva olacaq.

Fariz Eyvazlı