08 İyun 2019 www.xeber24.az

Belçikalı futbolçu Eden Hazardın Madrid “Real”ına keçəcəyi dəqiqləşib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Onun müqaviləsinin müddəti 30 iyun 2024-cü ilədək olacaq. Futbolçu 13 iyunda ictimaiyyətə təqdim ediləcək.

28 yaşlı futbolçunun transferi üçün “Çelsi”yə 100 milyon avro ödəndiyi, oyunçunun isə həftəyə təxminən 450 min avro qazanacağı deyilir.

Qeyd edək ki, Eden Hazard “Çelsi” formasında son qollarını Bakıda vurub. O, UEFA Avropa Liqasının “Arsenal”la final oyununda iki qol vurub.

Fariz Eyvazlı