14 May 2019 www.xeber24.az

Madrid “Real”ı “Çelsi”nin belçikalı futbolçusu Eden Azarın transferini həll edib.

“Kral klubu” belçikalı ulduzun keçidini rəsmi şəkildə Bakıda keçiriləcək UEFA Avropa Liqası finalından sonra açıqlayacaq.

Bu isə o deməkdir ki, Azarın “Çelsi” formasında son oyunu Bakıda olacaq.

Qeyd edək ki, İspaniya təmsilçisinin Eden Azar üçün London klubuna 100 milyon avro ödədiyi yayılan xəbərlər arasındadır.

Fariz Eyvazlı