10 Iyun 2019 www.xeber24.az

Düzgün qidalanmanın əsas şərti qəbul edilən qidaların düzgün seçilməsidir. Yaşınız neçə olur olsun, düzgün qidalanmanın beyni aktiv tutaraq yaddaşı qoruduğunu unutmayın.

Gündəlik həyatın stressi, hər gün yaddaşımıza həkk etdiyimiz məlumatlar və iş həyatında sıx olaraq istifadə etdiyimiz texnoloji alətlərdən gələn radioaktiv təsirlər maddələr mübadiləsinin ən əhəmiyyətli orqanı olan beyni çox yorur. Aktiv həyat sağlam həyatın ən əsas prinsipidir. Qidaların düzgün seçimi aktiv həyata böyük təsir göstərir. Yağlar bu qidalar arasında əhəmiyyətli yerə malikdir.

Beyin fəaliyyəti zamanı yüksək kalori istifadə edir

Beyinin bədənə alınan kalorinin 20%-ni, yəni digər orqanların istifadə etdiyindən daha çoxunu enerjiyə çevirdiyini bilirdiniz? Buna görə də enerjinizin nizamlı olaraq təmin olunması diqqət yayınmalarını azaltmağa kömək edir. Bu səbəblə də enerji verəcək qidaların seçimində diqqətli olmalıyıq. Qlisemik indeksi aşağı olan qidalar enerji ehtiyacımızın təmin olunmasında xüsusi rol oynayır. Bu qidaları gündəlik qida rasionumuzda bolluca istifadə etməliyik.

Vitaminlərin əhəmiyyəti

Beyinin ehtiyac duyduğu digər maddə isə vitaminlərdir. C və E vitaminlərinin qoruyucu təsirləri ilə yanaşı B vitamini isə qidalandırma xüsusiyyətinə malikdir. B vitaminin azlığı qandakı homosistein adlı maddənin artmasına səbəb olur ki, bu da Alzheimer xəstəliyinə yol açır. Vitaminləri qidalardan təbii yolla almaq üçün gündəlik rasionumuzda taxıllı qidaları, paxla və yaşıl tərəvəzləri əksik etməməliyik. Araşdırmalar D vitaminin də yaddaşa olduqca təsir etdiyini göstərir. Bu səbəblə də yağlı balıq və yumurta kimi D vitamini baxımından zəngin olan qidalar da gündəlik qidalar cərgəsində olmalıdır.

Su ilə gələn sağlamlıq

Qida və su balanslı şəkildə qəbul edildiyi zaman beyin düzgün fəaliiyət göstərir. Bədəndə su çatışmazlığı diqqət yayınmasına səbəb olduğu kimi, yaddaşsızlığa da təsir edir. Bu baxımdan gunda ən az 2 litr su qəbulunu unutmamaq lazımdır.

Yağlı balıq növləri: qızıl balıq, sardina, alabalıq, uskumru

Yaddaş üçün əhəmiyyətli olan Omeqa-3 yağı və D vitamini ilə zəngindir.

Bu qidalardan həftə ərzində bir və ya iki pors (hər pors 140 qr olmalıdır) qəbul etmək lazımdır.

Sərt qabıqlı çərəzlər və tumlar: Kətan tumu, xaşxaş, balqabaq tumu, günəbaxan tumu, qoz.

Bu qidalar özündə zülal, doymamış yağ və beyin üçün faydalı olan B və E vitaminləri ehtiva edir. Gün ərzin bir ovuc qəbul etmək lazımdır.

Yumurta

Yaddaşla əlaqəli olan kimyəvi asetilkolin ifrazı, eyni zamanda kolin adlı maddə üçün istifadə edilir. Yumurta sarısı isə D vitamini ilə zəngindir. Gün ərzində ən çox 2 yumurta qəbul edilə bilər.

Meyvə və tərəvəzlər: bibər, pomidor, ərik, kivi.

C və E vitaminləri kimi qoruyucu xarakterə malik vitaminlərlə zəngindirlər. Gün ərzində 3-4 ədəd qəbul edilə bilər. Təzə, dondurulmuş, qurudulmuş şəkildə istifadə etməklə yanaşı, sadəcə şirələrini də qəbul edə bilərsiniz.

Tünd rəngli meyvələr

Beyin üçün faydalı olan Antosiyanin adlı maddə ilə zəngindir. Hər gün bir ovuc istifadə oluna bilər.

Taxıllı qidalar: çörək, düyü, makaron

B vitamini, folik turşusu və B6 ilə zəngindirlər. Gündəlik bir dilim çörək iki yemək qaşığı qarabaşaq və üç yemək qaşığı makaron qəbul edilə bilir.

Su

Maye beynimizin fəaliyyəti üçün vacibdir. Gündə ən az 6-8 stəkan qəbul etmək lazımdır.

Nurlan Cəfərzadə