Diqqət! Diqqət! Danışır Bakı. Bu söz hamımıza doğma və tanışdır. 1926-cı ildə ilk radiostansiya fəaliyyətə başlamışdır. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxmışdır.Həmin andan etibarən sehirli səslər bizi salamlayaraq indidə unutmadığımız mahnıların sehrinə salmışdı.Azərbaycan televizya və radiosunun böyük tarixi var 93 ildir ki,daha da müasirləşir dinləyicilərə,izləyicilərə xoş anlar ötürürlər.
Xeber24.az xəbər verir ki, Azərbaycan televizya və radiosunun yaranması ilə bağlı televizyada çalışan gənclərdən bu peşənin maraqlı tərəflərindən söhbət açacağıq.Belə gənclərdən biri də özəl kanallarn birində çalışan eyni zamanda Naran.az saytının baş redaktoru Arzu Bayramova ilədir.
Arzu bu sahəyə maraq səndə hardandır?
Televizyanı sevməyimə səbəb indidə örnək aldığım və heyran olduğum Nərgiz Cəlilova,Nailə İslamzadə,və korifey unudulmaz Rafiq Hüseynli.Onların çıxışlarına çox maraqla baxardım.Xüsusilədə Rafiq Hüseynlinin xəbərlər buraxlışlarına .
Bəs nə zaman qərara gəldin ki,məndə bu sahədə çalışacam?
Çox yadımdadır 8 ci sinifdə oxuyurdum, bizim məktəbə aztvdən bir neçə nümayəndə gəldi. Uşaqlarda televizyaya olan marağı yoxlamaq üçün və uşaq verlişinə aparıcı  seçmək üçün, gəlmişdilər.Hələdə yadımdadır nümayəndələrdən Sevda və Əhməd sinifimizdə sual-cavab etdilər.Əhməd müəllim hər bir uşaqdan hansı sahədə mütəxəssis olmaq istədiyini, nə üçün o,ixtisası seçməsi haqqında suallar verdi. Bütün uşaqlardanda eyni zamanda valideynlərinin ixtisaslarını soruşurdu. Mənə çatanda atamı soruşdu mənsə atamın şəhid olduğunu söylədim özü şəxsən biranlıq dayandı və daha sonra sən bu sahəni seçməlisən ki,atanın adını lapda tanıdasan söyləyib duyğulanaraq mənidə qucaqlamışdı.Artıq həmin gündən mən düşündüm ki, məs bu sahədə atamın adını daha çox tanıda bilərəm.
Arzu əslində atanın adını həqiqətən çox tanıtmısan elə buna səbəb türkiyənin Hürriyyət qazetində atan haqqında məqalə yayınlanmışdı.
Bəli bu mənə də sürpriz olmuşdu.Gözləmədiyim anda Hürriyyətdən icazə məktubu gəldi və məndə böyük məmnuniyətlə qəbul etdim onlarda bu haqda yayınladılar.
Bəs sayt rəhbəri olmaq necə?
Bu daha çox məsuliyətdir.Artıq neçə müddətdir öz saytım var və paraleledə Məlumat-Mərkəzi.az saytının baş redaktoruyam.
Sayt işlətmək çox asandır?
Xeyr asant deyil əslində heç bir işdə rahatlır yoxdur.Çünki,hər detalı,müsahiblərini belə çox qəti şəkildə seçməlisən.Çünki,oxucuya bir məlumat çatdırırsan və onun doğruluğunu yoxlmalısan.
Neçə ildi televizyadasan?
6 il
Əslində televiziyada ən çox əziyyət pult arxasında olanlarındır.Bunlardan biridə sənsən.Bəs niyə redaktor olmaq istədin?
(gülür) Bu çox təsadüfi hadisə idi.Ailəm bu sahəyə marağımı bilirdi xalam qızının təşəbbüsü ilə artıq 6 ildir ki,bu sahədəyəm.Həmdə mənə televizyanın arxa tərəfi maraqlıdır.Çünki,məndə vaxtı ilə izləyəndə maraqlı gəlirdi mənə verlişlərin ərsəyə gəlməsi.
Eyni zamanda içtimai sektordada fəal gənclərdənsən.Gələcəkdə millət vəkili olmaq istərsənmi?
İçtimai sektorda 2015-ci ildən qatıldım əslində mən özümü fəal adlandırmıram (gülür). Çünki,çox işim olur çatdıra bilmirəm artıq layihələri. Əvvəl iki,üç layihə edirdimsə indi birini edirəm. İnşhallah zaman göstərər əslində millət vəkili olmaqda mənim çox böyük istəyimdir məndə daima istəklərimə çatmağa cəhd göstərir və çatıram.
Belə görürəm prinsipialsan?
Deməzdim prinsipiallıq bəzən insana zənnimcə xətər gətirir. Mən sadəcə düşüncəmi icra etməyi sevirəm.