ABŞ maliyyə nazirinin müavini Devid Malpass yekdilliklə Dünya Bankının (DB) prezidenti seçilib.

Xeber24.az Yenicag.az-a istinadən xəbər verir ki, təşkilatın rəsmi bəyanatında onun 5 illik müddətə seçilməsi qeyd olunub.

Yeni prezident Beynəlxalq yenidənqurma və inkişaf bankı başda olmaqla DB-nın bütün strukturlarını idarə edəcək.
Gələn həftə Melpas DB-nin və Beynəlxalq maliyyə fondunun birgə iclasında iştirak edəcək.

Qeyd edək ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı seçilir.

Fariz Eyvazlı

Loading...